Oğurladığı kartdan pul çıxartdı, qaytarıb yerinə qoydu - Bakıda

13-10-2017, 17:13           

Sentyabrın 6-da Nərimanov rayon sakini olan qadın bank hesabından pulunun çıxarılaraq, oğurlanması barədə polisə məlumat verib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, qadın izahatında rayon ərazisindəki bankomatlardan birindən hesabından ümumilikdə 2938 manatının çıxardılaraq, oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən oğurluğu törədən şəxsin kimliyi müəyyənləşdirilib. Onun qadının qonşusu Hüseyn Muradov olduğu məlum olub.

Müəyyən edilib ki, H. Muradov qonşusunun olmadığı vaxt açarseçmə yolu ilə evə girib, oradan qızıl əşyası və üzərində kodu olan bankomat kartını götürübmüş. Müxtəlif vaxtlarda həmin hesabdan müəyyən məbləğlər çıxartdıqdan sonra isə kartı yenə eyni üsulla qaytararaq yerinə qoyub.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru