Kanalizasiyada qızıl-gümüş ehtiyatı tapıldı

13-10-2017, 22:02           
Kanalizasiyada qızıl-gümüş ehtiyatı tapıldı

İsveçrədə kanalizasiya tullantılarında 3,1 milyon dollar dəyərində qızıl və gümüş ehtiyatı tapılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İsveçrə Federal Su Elmləri və Texnologiyası İnstitutunun kanalizasiyalarda 1 il ərzində apardığı araşdırma zamanı maraqlı nəticə ortaya çıxıb. Kanalizasiyadan 3 ton gümüş və 43 kq qızıl əldə edilib. Əldə edilən gümüş və qızıllardan qiymətli saatları bəzəmək üçün istifadə edildiyi təxmin edilir. Qızıl ehtiyatının böyük hissəsi Tikino bölgəsindən tapılıb.

Jura bölgəsində aparılan araşdırmaya rəhbərlik edən Bas Vriens bildirib ki, insanların əsəbləşərək üzük və ya zinət əşyalarını tualetə atması hekayələrini çox eşitmişik, lakin kanalizasiyalarda hansısa üzüyə rast gəlməmişik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru