Bakının Xəzər rayonunda silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Məhərrəm Hüseynov həbs edilib.
Ondan “Makarov” markalı tapança və 8 ədəd patron götürülüb.
İstintaq araşdırması zamanı məlum olub ki, Məhərrəm Hüseynov əvvəllər məhkumluq həyatı yaşayıb.