Bakıda qardaş qardaşı bıçaqlayıb

14-10-2017, 09:26           
Bakıda qardaş qardaşı bıçaqlayıb
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, Ramana qəsəbəsi, 8-ci mədən ərazisində 52 yaşlı Oqtay Fərhad oğlu Qarayev ailə münaqişəsi zəminində öz qardaşı ilə dava edib və nəticədə bıçaqlanıb.

Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan Oqtay Qarayev əməliyyat olunub. Zərərçəkən çoxlu qan itirsə də, həkimlər onun həyatını xilas edə biliblər. Buna baxmayaraq, yaralının vəziyyəti ağır olaraq qalır.

Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
[media=https://www.youtube.com/watch?v=S6kI9MaFOjc]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru