Heydər Əliyev prospektində ağır qəza: 1 nəfər öldü
5-01-2018, 21:45
Bu dəqiqələrdə Heydər Əliyev prospektində "Buta Palace" şadlıq sarayının qarşısında orta yaşlı kişini avtomobil vurub.
Musavat.com-un məlumatına görə həmin şəxs hadisə nəticəsində yerindəcə keçinib.
Piyadanı vuran maşını da arxadan gələn digər avtomobil vuraraq qəza törədib. İlkin məlumata əsasən piyadanın ölümünə səbəb piyada keçidindən keçməməsi olub. Hadisə yerinə Yol polisi əməkdaşları gəlib.