Boyu 2 metr 10 santimetr olan azərbaycanlı - VİDEO
6-01-2018, 00:41
Azərbaycanın ən hündürboy vətəndaşlarından biri Bərdə rayonunda yaşayır. 2 metr 10 sm-dən çox boyu olan 21 yaşlı gəncin hündürboy olması ona bir sıra çətinliklər yaradır. Xüsusilə də ayaqqabı, paltar, hətta çarpayı sarıdan.
Boyunun uzun olması bəzi məsələlərdə işinə yarasa da, geyimdə və digər işlərdə ona çətinlik yaradır.
Azərbaycanın ən uzun insanlarından biri 21 yaşlı Elçin Hümbətlidir. Bərdənin Lək kəndində yaşayan Elçinin boyu 2 metr 10 sm-dir. Onun boyu son 6 ildə daha sürətlə artıb.
Elçinin hündürboy olması bəzən işinə yarasa da, bir çox hallarda çətinlik yaradır. Xüsusilə də satışda ayaqqabı və paltar tapa bilmir. Ona görə də geyimlərini adətən dərziyə tikdirir.
Uzun boyunun digər çətinliyini isə yatanda yaşayır. Çünki nə çarpayı, nə də yataq dəsti boyuna uyğun gəlir.
İndi Elçin Hümbətli boyunun daha da uzanmasının qarşısını almaq istəyir ki, gələcəkdə sağlamlığında problemlər yaranmasın.