ABŞ-da kişi üç ailə üzvünü qətlə yetirib, özü isə intihar edib - YENİLƏNİB

6-01-2018, 10:25           
ABŞ-da kişi üç ailə üzvünü qətlə yetirib, özü isə intihar edib - YENİLƏNİB
ABŞ-ın Santa Klarita şəhərində (Kaliforniya ştatı) dəhşətli qətl hadisəsi baş verib.



APA-nın ABC telekanalına istinadən verdiyi məlumata görə, adı açıqlanmayan kişi ailə üzvlərini güllələyib, sonra intihar edib.



Məlumata əsasən, ailə başçısı əvvəl həyat yoldaşı, sonra isə iki övladını qətlə yetirib.



İnsidentin detalları müəyyənləşdirilir.



***



00:27



ABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib.



APA-nın xəbərinə görə, bu barədə Los-Anceles polisinin “tvitter” hesabında bildirilir.



Məlumata görə, Santa-Klarita yaşayış məntəqəsində baş verən atışmada azı 4 nəfər ölüb.



Yerli sakinlərə əraziyə yaxınlaşmamaq tövsiyə edilib. Polis faktla bağlı araşdırmalara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru