Şənbə günü İranın qərbində baş vermiş güclü zəlzələ nəticəsində azı 21 nəfər xəsarət alıb.
“Report” IRNA-ya istinadən xəbər verir ki, 5,1 maqnituda gücündə yeraltı təkanların episentri Kermanşah əyalətinin Sere-Pole-Zəhəb şəhərinin 8 km-də yerləşib.
Həkimlərin məlumtına görə, 17 yerli sakin şəhərin özündə, daha 4 nəfər isə şəhər ətrafında müxtəlif travma və yaralar alıblar.