Peterburqda qaçırılaraq döyülən Azərbaycan vətəndaşı xəstəxanada keçinib

7-01-2018, 12:32           
Peterburqda qaçırılaraq döyülən Azərbaycan vətəndaşı xəstəxanada keçinib
Rusiyanın Sankt-Peterburq şəhərində "Monpasye" ticarət mərkəzinin qarşısında naməlum şəxslərdən ibarət qrup tərəfindən döyülərək qaçırılan 29 yaşlı kişi xəstəxanada keçinib.

“Report” xəbər verir ki, ölən şəxs Azərbaycan vətəndaşı olub.

Hadisə yanvarın 4-də şahidlərin gözü qarşısında baş verib. Ticarət mərkəzi binasının qarşısında bir neçə nəfər onu əvvəlcə döyüb, ardınca ayaqlarından sürüyərək yaşıl rəngli "Hyundai" markalı maşının yük hissəsinə qoyub və hadisə yerindən qaçıb. Növbəti gün möhkəm döyülmüş gənc oğlan Leninqrad vilayətinin Vsevolojski rayonundakı yollardan birinin kənarında aşkar edilib.

Yaralını xəstəxanaya yerləşdirmək mümkün olub. Həkimlər ona bir sıra ağır travmalar və həddindən artıq donma diaqnozu qoyublar. Yanvarın 6-na keçən gecə o, dünyasını dəyişib.

Məlum olub ki, 29 yaşlı gənc Peterburqa ötən ilin dekabr ayının ortalarıda Azərbaycandan işləməyə gəlib.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru