Prezident 5 min nəfəri vətəndaşlıqdan məhrum etdi

8-01-2018, 00:27           
Prezident 5 min nəfəri vətəndaşlıqdan məhrum etdi
Prezident Pyotr Poroşenko 2017-ci ildə 5 mindən çox insanı Ukrayna vətəndaşlığından məhrum edib.

Report xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının administrasiyası yayıb.

"Vətəndaşlığın dayandırılması haqqında fərmanlar 4296 nəfərin vətəndaşlıqdan çıxması, 47 nəfərin vətəndaşlığını itirməsi nəticəsində və 825 nəfərə qarşı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş əsaslar üzrə verilib", – deyə bəyanatda bildirilir.

Eyni zamanda ötən il cəmi 957 nəfərə bu ölkənin vətəndaşlığı verilib.

1991-ci ildən Ukrayna əhalisi 9,5 milyon nəfər azalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.