İdlibdə ardıcıl dörd partlayış baş verib, 30 nəfər ölüb, 70 nəfər yaralanıb - YENİLƏNİB

8-01-2018, 07:34           

Suriyanın İdlib şəhərində ardıcıl dörd partlayış baş verib.



APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, minalanmış avtomobillərin partladılması nəticəsində 30 nəfər ölüb, 70 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.



Partlayış zamanı ətrafdakı binalara ziyan dəyib.



Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.



***



22:21



Suriyanın İdlib şəhərində güclü partlayış baş verib.



APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərdə minalanmış avtomobil partladılıb.



İlkin məlumata əsasən, insident nəticəsində 18 nəfər ölüb.



Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru