Avropa İttifaqı hərbi xərclərə 100 mlrd. avro qənaət etmək niyyətindədir
9-01-2018, 06:56
Avropa İttifaqı (Aİ) öz hərbi xərclərini optimallaşdıraraq 25 milyard dollardan 100 mlrd. dollara qədər vəsaitə qnaət etmək niyyətindədir.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker deyib.
"Biz ümid edirk ki, [hərbi] imkanların, tədarük və hazırlıq sistemlərinin səmərəli birləşdirilməsini təmin etməklə, biz ildə 25 milyard avrodan 100 mlrd. avroya qədər vəsaitə qənaət edə bilərik", - deyə TASS Yunkerin sözlərini sitat gətirib.
Onun sözlərinə görə, hazırda Avropa İttifaqında "müdafiə sahəsində vəsaitlərin səmərəsiz xərclənmə miqyası çox böyükdür".