Bakıda 13 yaşlı qız yoxa çıxıb: oğurlandığı iddia edilir – VİDEO

10-01-2018, 00:05           

Bakıda 13 yaşlı qız itkin düşüb.

Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi 5 d ünvanında yaşayan 13 yaşlı Nəsibə Mirzəyeva iki gün əvvəl yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bundan sonra uşağın valideynləri polisə müraciət ediblər.


Uşağın atası Namiq Mirzəyev bildirdi ki, qızı evdən çıxarkən əynində açıq qəhvəyi rəngdə parça gödəkcə, qara rəngli cins şalvar və göy rəngli ayaqqabı olub. Ata iddia edir ki, Nəsibə Mirzəyevanı tanımadığı şəxslər aldadaraq oğurlayıblar.

Namiq Mirzəyevin sözlərinə görə, qızı bir neçə dəfə həyətdə kiminləsə söhbət edib. Bu isə atasında şübhələr yaradıb. Buna görə də qızına evdən çölə çıxmaması ilə bağlı xəbərdarlıq edib.

Atası deyir ki, Nəsibə Mirzəyevanın telefonu olmayıb. O, qızını hətta məktəbə getməyə də qoymurmuş. Üç qız atası olan Namiq Mirzəyev indi övladının tapılmasını istəyir.

Faktla bağlı Sabunçu rayonu 14-cü polis bölməsində araşdırma aparılır.


\\Xezerxeber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru