Şərqi Qutaya kimyəvi hücum olunduğu haqqında məlumatlar yayılıb
14-01-2018, 10:27
Suriyanın Şərqi Quta rayonunun sakinləri hökumət qoşunlarının hücumu zamanı zəhərli qazdan istifadə etməsi barədə məlumat veriblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, şahidlər bildiriblər ki, insanların çoxu növbəti hava hücumundan sonra səciyyəvi qoxu hiss ediblər. Həkimlər bildirirlər ki, onlara kömək üçün azı 6 nəfər zəhərli qazla zəhərlənmə əlamətləri ilə müraciət edib.