“Bu məsələ ilə bağlı dövlət rəsmiləri ilə danışmışam. Biz heç vaxt imkan vermərik ki, Gürcüstan vətəndaşı olan hər hansı bir insan, o cümlədən Turqay Mikayılov diqqətdən kənar qalsın və onların hüquqları pozulsun. Gürcüstan dövləti öz vətəndaşlarının hüquqlarını müdafiə etməyə hazırdır”.
Qubernator T. Mikayılovun necə və hansı şəraitdə Ermənistan ərazisində saxlanıldığının araşdırıldığını da söyləyib: “Dəqiq deyirəm ki, bir həftəyə Turqay Mikayılov ailəsinə qovuşacaq”.
P. Xizanişvili T. Mikayılovun ailəsinə baş çəkildiyini və onlara yardım ayrıldığını da bildirib.
Qeyd edək ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kəndində yaşayan, 35 yaşlı Turqay Lətif oğlu Mikayılov yolu azaraq Ermənistan tərəfə keçib.