Azərbaycanlı nazirin Londonda evi üzə çıxdı - FAKT

9-09-2015, 15:37           
Azərbaycanlı nazirin Londonda evi üzə çıxdı - FAKT
Ukraynanın Dövlət Fiksal Xidməti rəhbərinin müavini vəzifəsindən bu günlərdə çıxarılmış Konstantin Likarçuk daşınmaz əmlak reyesterində yer alan məlumatları paylaşıb.

Virtualaz.org saytı Ukrayna KİV-lərinə istindən xəbər verir ki, həmin məlumatlarda Dövlət Fiksal Xidməti rəhbəri Roman Nəsirovun Londonda daşınmaz əmlak sahibi olduğu göstərilir. Sənədlərdən belə məlum olur ki, Azərbaycan əsilli nazirin Londonda mənzili var.

K.Likarçuk bəyan edib ki, R.Nəsirov bu mənzilə sahib olduğunu dövlətdən gizlədərək onu gəlir bəyannaməsində göstərməyib.

K.Likarçuk öz facebook səhifəsində reyesterdən çıxarışın surətini də paylaşıb. Sənəd 2015-ci ilin mayında təsdiqlənib. Oradan belə məlum olur ki, Nəsirov Londondakı həmin mənzili 2007-ci ildə alıb. Mənzil bu ünvanda yerləşir: London, Flat 5, 3 Limeharbour, Е14 9LS.

K.Likarçuk bildirib ki, Nəsirov xaricdəki daşınmaz əmlakını Ukrayna dövlətindən gizlətdiyi üçün onu yerli qanunlara görə, 10 il müddətinə dövlət vəzifəsi tutmaq hüququndan məhrumetmə cəzası gözləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.