Rusiyada sərnişinlər təyyarə reyslərinin gecikməsinə görə daha yüksək təzminat tələb edə biləcəklər

28-05-2018, 08:32           
Rusiyada sərnişinlər təyyarə reyslərinin gecikməsinə görə daha yüksək təzminat tələb edə biləcəklər
Rusiyada beynəlxalq reyslərin gecikməsi və baqajın itirilməsinə görə sərnişinlərə daha çox təzminat tələb etmək hüququ verən Hava Məcəlləsinə düzəlişlər qüvvəyə minib.

“Report” xəbər verir ki, Rusiya bundan əvvəl beynəlxalq aviadaşımalar sahəsində bir sıra yeni qaydalar nəzərdə tutan Monreal Konvensiyasına qoşulub.

Beləliklə, indi uçuşun gecikməsinə görə aviaşirkətlərin sərnişinlər qarşısında maksimum məsuliyyəti təxminən 5838 dollar təşkil edir. Həmin günə qədər bu məbləğ hər gecikmə saatına görə 0,41 dollar idi. Bundan əlavə, Monreal Konvensiyası sərnişinin daşıyıcıya qarşı iddia qaldırmaq üçün seçim imkanını genişləndirib: əgər daha əvvəl bunu yalnız aviaşirkətin qeydiyyatda olduğu yer üzrə etmək mümkün idisə, Konvensiyaya qoşulduqdan sonra, sərnişinin yaşayış yeri üzrə də iddia qaldırmaq mümkün olacaq.

Bazar gününə qədər itirilmiş baqaja görə maksimal təzminat məbləği hər kilorqam üçün 9,77 dollar idisə, indi ən yüksək ümumi məbləğ 1459 dollar təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.