Kiyevdə qafqazlıların bazarına hücum: YARALILAR VAR

28-05-2018, 13:54           
Kiyevdə qafqazlıların bazarına hücum: YARALILAR VAR

Kiyevdə Qafqaz əsilli şəxslərin mağazalarının çox olduğu bazara bir qrup ukraynalı hücum edib.
teref.az teleqraf.com-a istinadən xəbər verir ki, polis hücum edən şəxslərdən bir neçəsini saxlayıb.
Kiyevin “Lesnaya” bazarında baş verən hadisəyə səbəb təqaüddə olan hərbçinin bazarda miqrantlar tərəfindən döyülməsini göstərən videonun yayılması olub.
Videoda satıcılarla mübahisə edən hərbçi yumruq zərbəsi alır. Bir qadın yerı sərilmiş təqaüdçünü müdafiə edir.
Videonun yayılmasından sonra onlarla insan bazara daxil olaraq Qafqaz kökənli şəxslərin mağazalarına hücum çəkib.
Bu barədə açıqlama verən Ali Radanın deputatı Anton Gerasçenko sosial şəbəkədə gürcü əsilli miqrantlara qarşı nifrət dolu və gərginliyi artıracaq mesajların paylaşılmamasını təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru