Putinin fərmanının qiyməti…- 8 trilyon

28-05-2018, 18:47           
Putinin fərmanının qiyməti…- 8 trilyon
Hökumət əlavə dəyər vergisini (ƏDV) 18 faizdən 20 faizə qədər artırmaqla 6 il ərzində iki trilyon rubl əldə edə bilər. Bu pullar Prezident Vladimir Putinin yeni 7 may tarixli fərmanının icrasına sərf olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vedomosti” qəzet yazıb.

Baş nazir Dmitri Medvedev tərəfindən təklif olunan pensiya yaşının artırılması büdcəyə təxminən daha iki trilyon rubla qənaət etməyə imkan verəcək.



Putin mayın 7-də Rusiyanın 2024-ci ilədək milli məqsədləri və strateji vəzifələri haqqında fərman imzalayıb. Sənəddə ölkənin əsas inkişaf istiqamətləri müəyyən edilib.

D.Medvedevin sözlərinə görə, yeni fərmanın icrası büdcəyə səkkiz trilyon rubla başa gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru