“WhatsApp”-da gözlənilməz xəta: İstifadəçilərə ciddi problem yaranıb

28-05-2018, 19:42           

“WhatsApp”-ın texniki xidməti hələlik bu barədə şikayətlərə reaksiya vermir

“WhatsApp” istifadəçiləri bloka atılan şəxslərin yenidən ismarıc yazmasına imkan verən xəta aşkarlayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə istifadəçilər öz “Twitter” səhifələrində yazıblar.

Bu boşluq nəticəsində daha əvvəl bloka salınan şəxslər həmin istifadəçiyə mesaj göndərə və ya onun statusuna baxa bilərlər.

Mesenncerdəki bu boşluq həm “iOS”, həm də “Android” əməliyyat sistemləri ilə işləyən telefonlarda müşahidə olunur.

“WhatsApp”-ın texniki xidməti hələlik bu barədə şikayətlərə reaksiya vermir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru