Putinin daha bir oliqarxı Rusiyadan qaçdı - Putinə ağır zərbə

28-05-2018, 21:08           

Rusiyanın “O1 Qrup” investisiya şirkətinin sahibi Boris Mints ölkədən qaçıb.

Axar.az xəbər verir ki, bu barədə “Vedemosti” qəzeti məlumat yayıb. Qəzet Mintsin ailəsi ilə birgə Londona köçdüyünü bildirib.

Məlumata görə, Mintsin özü ilə bərabər oğulları da ailələri ilə Londona gəlib. Milyarderin ölkəni tərk etmə səbəbi hələlik tam açıqlanmayıb.

Qeyd edək ki, Mints Şərqi və Mərkəzi Avropanın bir sıra ölkələrində aktivlərə sahibdir. O, 2017-ci ildə Rusiyanın ən varlıları sırasında 72-ci yerdə qərarlaşıb. Onun sərvəti 1,3 milyard dollar həcmində olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru