Abramoviç İsrail vətəndaşı oldu – həm də ən varlı...

29-05-2018, 10:29           
Abramoviç İsrail vətəndaşı oldu – həm də ən varlı...
Rusiyalı milyarder Roman Abramoviçə İsrail vətəndaşlığı verilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Tayms of İsrail” qəzeti yayıb. Abramoviçə vətəndaşlığın dünən Təl-Əvivin Ben Qurion hava limanında verildiyi bildirilir.

Qeyd edək ki, Britaniya bundan öncə Abramoviçə viza verməkdən imtina edib. Buna səbəb Abramoviçin öz maliyyə mənbələri haqda məlumat verməməsi olub.

Bunun ardınca Abramoviç İsrail vətəndaşlığı almağa qərar verib. Abramoviç İsrail vətəndaşlığı aldıqdan sonra 12,5 milyardlıq sərvətlə bu ölkənin ən varlı adamı olub.

Xatırladaq ki, İsrail vətəndaşları Britaniyaya vizasız səfər etmək hüququna sahibdirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru