Qarabağda canavarların dəhşətli gecə hücumu – 3 yaralı

29-05-2018, 13:40           
Qarabağda canavarların dəhşətli gecə hücumu – 3 yaralı
Qarabağın Xocavənd (Hadrut) yaşayış bölgəsinə canavar hücum edib.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 3 uşaq yaralanıb.
İnsident mayın 28-i gecə saatlarında Mets Taqer və Tumi kəndləri ərazisində baş verib. Yaralılar Xankəndində yerləşən “Arevik” xəstəxanasına çatdırılıblar.
“Uşaqlardan ikisinin üzü və başı, digərinin isə ayaqları yaralanıb. Uşaqların həyati təhlükəsi yoxdur, hazırda müalicələri davam etdirilir”, - “Arevik” xəstəxanasının direktoru Mesrop Marqaryan deyib.
Marqaryanın sözlərinə görə, hazırda yeganə təhlükə uşaqlarda quduzluğun inkişaf etməsi ola bilər. Müalicə davam etsə də, xəstəliyin inkişaf etməsi təhlükəsi hələ də qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru