Bakıda turist “Hell”dən zəhərləndi – İş prokurorluqdadır…

30-05-2018, 22:15           
Bakıda turist “Hell”dən zəhərləndi – İş prokurorluqdadır…
Bakıya gələn turist Kərimi Əmir Abrus oğlu zəhərlənib.
İlkin məlumata görə, o, “Hell” enerji içkisindən zəhərlənib

“Hell Azərbaycan” şirkətinin nümayəndəsi Cavanşir Süleymanov “Qafqazinfo” ilə əlaqə saxlayaraq həmin şəxslə xəstəxanada görüşdüklərini bildirib. C.Süleymanov qeyd edib ki, həmçinin Səbail rayon Prokurorluğu ilə də əlaqə saxlayaraq məsələ ilə maraqlanıblar.
“Hell” nümayəndəsi qeyd edib ki, Ə.Kərimi enerji içkisindən deyil, araqdan zəhərlənıb: “O, “Hell” içəndən əvvəl “Metadon” dərmanı qəbul edib, buna görə də zəhərlənib”.

Hazırda prokurorluqda araşdırma aparılır. Yekun nəticə ekspertizanın rəyindən sonra bəlli olacaq.(minval info)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.