Floridada qaldırıcı kran yaşayış evinin üzərinə aşıb

31-05-2018, 06:58           
Floridada qaldırıcı kran yaşayış evinin üzərinə aşıb
Çərşənbə günü ABŞ-ın Florida ştatının Lauderhill şəhərində qaldırıcı kranın yaşayış evi üzərinə aşması nəticəsində 2 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat şəhərin yanğın mühafizə xidmətinin "Twitter" səhifəsinə yerləşdirilib.

Krandan elektrikötürücü xətlərin çəkilişi üçün istifadə olunub. O, aşan zaman evlərdən birinin damını uçurub, tikiliyə ciddi ziyan dəyib. Hadisənin səbəbləri hələ ki, məlum deyil.

Xilasedicilər hazırda dağıntılar altında heç kimin qalmadığına əmin olmaq üçün hadisə yerinə baxış keçirirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.