Bakıda silahlı insident: 56 yaşlı kişi güllələndi

10-06-2018, 22:40           
Bakıda silahlı insident: 56 yaşlı kişi güllələndi
Bakıda güllələnmə hadisəsi baş verib.

Hadisə iyunun 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

teref.az xezerxeber.az-a istinadən bildirir ki, rayon ərazisində yaşayan, 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanov aralarında yaranmış şəxsi münaqişə zəminində 1962-ci il təvəllüdlü Nizami Teymur oğlu Qasımova təhlükəli ov silahı ilə atəş açaraq yaralayıb, sonuncunu öldürməyə cəhd edib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru