Yaponiya sahillərində qəzaya uğramış ABŞ qırıcınsının heyəti xilas edildi

11-06-2018, 08:25           

Yaponiyanın Okinava vilayətinin sahillərində qəzaya uğrayıb dənizə düşmüş ABŞ HHQ-nin F-15 qırıcı təyyarəsinin heyəti Yaponiya müdafiə qüvvələri tərəfindən xilas edilib. Bu haqda Trend Naxa hərbi bazasının rəhbərliyinə istinadən xəbər verir.

Tərkib sayı dəqiq bəlli olmayan qırıcının heyəti təyyarəni tərk etməyə nail olub və yapon müdafiə qüvvələri tərəfindən xilas edilib.

Xatırladaq ki, bazar ertəsi səhər saatlarında ABŞ HHQ-nə məxsus Okinavada yerləşən Kadena hərbi bazasının F-15 qırıcısı Naxa şəhərindən 80 kilometr aralıqda dənizə düşüb. İlkin məlumata əsasən qəza təyyarənin havaya qalxmasından bir neçə dəqiqə sonra baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru