Türmədə güllə yarası alan əsgərlə bağlı açıqlama

11-06-2018, 08:42           
Türmədə güllə yarası alan əsgərlə bağlı açıqlama
Ötən gün Bakıda cəzaçəkmə müəssisində hərbçi yoldaşı tərəfindən güllələnən əsgərin səhhəti barədə rəsmi açıqlama verilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya bildirib ki, ötən gün qolundan yüngül güllə xəsarəti alan əsgərin vəziyyəti qənaətbəxşdir.

Qeyq edək ki, ötən gün Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub. Hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru