Qadınları xilas edib, özü həlak oldu— Bakıda agır yol qəzası

11-06-2018, 12:57           

Bakıda ağır yol qəzası baş verib.
teref.az Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi ərazisində (Atçılıq adlanan yer) 136 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo New BS” markalı sərnişin avtobusu yolun kənarındakı dayanacağa çırpılıb. Avtobusun idarəetməsini itirən sürücü gəldiyi sürətlə dayanacağa doğru istiqamətlənib və oradakı şəxslərdən biri nəqliyyat vasitəsinin altında qalaraq vəfat edib. Daha bir nəfər isə ağır xəsarət alıb.

Hadisə şahidləri bildiriblər ki, avtobusun sürətlə yaxınlaşıdğını görən 60-65 yaşlı kişi qadınları kənara itələyib. O, özü uzaqlaşa bilmədiyindən avtobusun altında qalaraq ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru