Baltalayıb öldürdülər və kənddə basdırdılar - Xaçmazda cinayətin üstü açıldı

11-06-2018, 17:25           

Xaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb.

teref.az APA-ya istinadən xəbər verir ki, bir neçə gün öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisindən basdıran şəxslər saxlanılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Həmin şəxsin 1967-ci il təvəllüdlü Əzizov Mirzağa Bədəl oğlu olduğu müəyyənləşib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, ilkin müayinələrlə meyiti tapılan şəxsin 15 gün əvvəl öldürüldüyü məlum olub. Onun başına balta ilə vurularaq, öldürüldüyü bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru