Azərbaycanlıların qaldığı qaçqın yataqxanasında dava: 5 yaralı – Almaniyada

12-06-2018, 14:23           

Almaniyada qaçqın yataqxanasında məskunlaşanlar arasında dava düşüb. AzEuroNews.com xəbər verir ki, bu barədə alman “Bild” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, hadisə Bavariya əyalətinin Valdkrayburq (Waldkraiburg) şəhərində qeydə alınıb. Belə ki, qaçqınlar arasında baş verən davada biri ağır olmaqla 5 nəfər ağır yaralanıb.

Davaya müdaxilə etmək üçün əraziyə 150 polis gəlib. Yaralılar xəstəxanaya çatrılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan helikopter vasitəsi ilə hospitala aparılıb.

Hadisə ilə bağlı bir nəfər həbs olunub, 3 nəfər nəzarətə götürülüb.

Sözügedən şəhərdəki yataqxanada yaşayan azərbaycanlılardan AzEuroNews.com-a verilən məlumata görə, hadisə yataqxanadakı soyuducu üstündə olub: “Yataqxanada 3-5 nəfərə bir soyuducu ayırıblar. Çox vaxt soyuduclardan oğurluq edirlər və ya icazə almadan başqasının ərzağından istifadə edirlər. Bu səbəbdən yataqxanada tez-tez dava olur. Amma bu ilkin versiyadır, polis hadisəni araşdırır”.

Həmvətənimizin sözlərinə görə, dava düşən yataqxanada 10-a yaxın azərbaycanlı qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru