Meksikada yük maşını kütləyə çırpılıb, ölənlər var

21-06-2018, 09:02           

Meksikanın cənubunda yük maşını kütləyə çırpılıb.



APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Tustla-Qutyerres şəhəri yaxınlığında baş verib.



Məlumata əsasən, yük maşını bir neçə avtomobillə toqquşduqdan sonra dayanacaqda avtobus gözləyən insanları vurub. Hadisə nəticəsində azı 5 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb, onların vəziyyətləri barədə məlumat verilmir.



İlkin ehtimala görə, hadisəyə avtomobilin əyləc sisteminin sıradan çıxması səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru