Nyu-York metrosunda tavanın bir hissəsi uçub 21-06-2018, 09:05 Nyu-York metrosunun Bruklin ərazisinə düşən "Boro-holl" stansiyasında tavanın bir hissəsi qismən uçub."Report" "CBS New York"a istinadən xəbər verir ki, konstruksiyanın bir hissəsi həmin vaxt platformada olan qadının çiyninə düşüb.Qadın cüzi xəsarət alıb və tibbi yardımdan imtina edib.Hazırda Manhetten istiqamətində gedən qatarlar stansiyada dayanmadan hərəkət edirlər. Facebook-da paylaş