Yeni quruma sədr müavinləri təyin olundu - ADLAR

10-07-2018, 21:37           
Yeni quruma sədr müavinləri təyin olundu - ADLAR
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sədri Orxan Məmmədovun İqtisadiyyat Naziri ilə razılşadırılmış müvafiq əmri ilə sədrin müavini vəzifəsinə təyinatlar olub.

teref.az "Report”a istinadən xəbər verir ki, müvafiq əmrlə Həsənov Natiq Namiq oğlu Agentlik sədrinin birinci müavini, Nadir Adil oğlu Adilov sədrin müavini və Elçin Arzu oğlu İbrahimov sədrin müavini vəzifəsinə təyin ediliblər. Hər üç şəxs eyni zamanda KOBİA İdarə Heyətinin üzvü vəzifəsinə də təyin olunublar.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru