Perudan gətirdiyi içki 11 illik həbsə səbəb oldu

22-08-2018, 21:52           
Perudan gətirdiyi içki 11 illik həbsə səbəb oldu
Rusiyanın Taqil şəhərinin sakini Perudan gətirdiyi ayyauaska içkisinə görə 11,5 həbs cəzasına məhkum olunub.

Oxu.Az xəbər verir ki, sözügedən məhlul Amazonka şamanları tərəfindən müalicə məqasədləri üçün hazırlanır və istifadə edilir. Rusiyalı da ondan bel ağrılarını aradan aparmaq üçün yararlanıb.

Məhlulun tərkibinə narkotik maddə - dimetikkriptamin – daxil olduğu üçün, onun Rusiyaya gətirilməsi qadağandır.

Lakin binəva turist butulkadakı içkinin tərkibindən bixəbər olub. O, daha öncə 2 ölkə - Peru və İspaniya sərhədində heç bir problem yaşamayıb. Lakin vətənində butulkanın tərkibi şübhə doğurub.

Qeyd olunur ki, ayyauaska içkisində narkotik maddə çox az miqdardadır. Lakin hakim bunu nəzərə almayıb və butulkanın bütün tərkibini narkotik kimi qəbul edərək rusiyalıya hökm oxuyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru