Qulduru öldürdü, məhkəmə onun edamına qərar verdi – Foto

22-08-2018, 22:05           
Qulduru öldürdü, məhkəmə onun edamına qərar verdi – Foto
İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə iranlı hüquq müdafiəçiləri xəbər yayıb.

Müttəhim Kəramət Həsəni 8 il həbsdə saxlandıqdan sonra avqustun 21-də, sübh saatlarında Gəçsaran şəhər həbsxanasında dara çəkilib.

Bildirilir ki, İranın Kohkiluyə əyalətinin kəndlərinin birində yaşayan müttəhimin evinə 2010-cu ildə gecə saatlarında 3 quldur basqın edib. Hadisə zamanı müttəhim və onun ailə üzvləri kəndin yeganə sakinləri olub. Basqınçılarla ailə üzvləri arasında yaşanan qarşıdurmada müttəhimin oğlu quldurlar tərəfindən qətlə yetirilib. Oğlunun gözləri qarşısında qətlə yetirildiyini görən K.Həsəni ov tüfəngindən iki oğruya atəş açıb.

Atəş nəticəsində basqınçılardan biri yerindəcə həlak olub, digəri yaralanaraq iflic vəziyyətinə düşüb.

Müttəhim məhkəməyə verdiyi ifadəsində özünü və ailə üzvlərini evlərinə basqın edən quldurlardan qorumaq üçün, yəni, istəmədən qətl törətmək məcburiyyətində qaldığını bildirsə də, məhkəmə onun ifadələrini rədd edərək edama məhkum edib.

O, barəsində çıxarılan hökmə etiraz əlaməti olaraq ötən ilin dekabrında 1 həftə aclıq aksiyası keçirsə də, onun etirazı nəticəsiz qalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.