Azərbaycanda insanları qorxuda saxlayan naməlum varlıq (VİDEO)

13-09-2018, 05:25           
Azərbaycanda insanları qorxuda saxlayan naməlum varlıq (VİDEO)
Cəlilabaddan sonra İsmayıllıda da qeyri-adi hadisə baş verir.

Teref.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, evlərə girən naməlum şəxslər əşyaları dağıdır və sakinləri qorxudurlar. Hətta həmin şəxsləri gördüklərini iddia edənlər də var. Təşvişə düşən insanlar polisə də məlumat veriblər.

Həyətlərə girib insanları qorxudurlar. Onları gördüyünü iddia edənlər də var

Son vaxtlar İsmayıllıda qeyri-adi hadisə baş verir. Sakinlərin dediklərinə görə, 1 aydan çoxdur kimlərsə gecə saatlarında evlərə girib əşyaları dağıdırlar. Lakin heç nə oğurlamırlar. Onların sözlərinə görə, son bir neçə gündə həmin insanlar gündüz də peyda olurlar.

Mübariz Orucov küçəsində yaşayan Səməd Səmədov da həmin şəxsi gördüyünü deyir.

Onun sözlərinə görə, naməlum şəxs uzun boylu və uzun saqqallıdır.

Rayon ərazisində baş verən qəribə hadisə ilə bağlı polisə məlumat verilib. Sakinlərin dedikləri ərazilər polis tərəfindən nəzarətə götürülüb. Hadisə araşdırılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru