İşdən çıxarılan icra başçısının ölkədən çıxışına qadağa qoyuldu - Araşdırma başladı

13-09-2018, 12:03           
İşdən çıxarılan icra başçısının ölkədən çıxışına qadağa qoyuldu - Araşdırma başladı
Bir müddət əvvəl Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Ramiz Yediyarov barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Teref.az xəbər verir ki, Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, R.Yediyarovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla birgə külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurduğu bildirilir. Artıq onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə qərarı çıxarılıb.

Qeyd edək ki, Ramiz Yediyarov bu il iyunun 1-də dövlət başçısının imzaladığı sərəncamla vəzifədən azad edilib.

Avqustun 28-də imzalanan digər sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi İbrahim Mustafayev bu vəzifəyə təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru