İNANILMAZ HADİSƏ: Başına hava getməsi üçün kəlləsini deşdi
7-10-2018, 10:58
Rusiyanın Rostov vilayətinin Donetsk qəsəbəsində başından ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, həkimlər həmin şəxsin başınnı bıçaqla deşildiyini müəyyən edib.
Bəlli olub ki, həmin şəxs soyuqdəymə nəticəsində qrip olub və burnu tutulub. Nəfəs almaqda çətinlik çəkən kişi əsəbi halda bıçaqla başını deşərək bədəninə hava keçməsinə çalışıb.
Hazırda həmin şəxsin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir.