Tanınmış döyüşçü Zabit Səmədovu döyüşə çağırdı

25-10-2018, 10:09           
Tanınmış döyüşçü Zabit Səmədovu döyüşə çağırdı
Kikboksinqin K-1 versiyası üzrə həvəskarlar arasında dünya çempionu, Avropa ikincisi, peşəkar kikboksinqdə bir neçə kəmərin sahibi, "Altın Qurd” ləqəbli Bəhram Rəcəbzadə tanınmış idmançımız Zabit Səmədovla döyüşmək istəyir.

Qaynarinfo xəbər verir ki, o, bunu Oxu.az-a müsahibəsində deyib. Cənubi azərbaycanlı idmançı (+93 kq) onunla eyni çəkidə olan "Mauqli” ilə döyüşüb Azərbaycanda ən güclünün kim olmasının bilinməsini çox istədiyini qeyd edib:

"Təbii ki, Zabitlə döyüşmək istəyərəm. O, bizim, hər bir türkdilli vətəndaşın fəxridir. Güclü idmançıdır, Azərbaycan bayrağını qaldırıb. Zabitlə "salam”ımız var.

Onunla öz gücümü sınamaq istəyərəm. Söhbət burada kimin qalib gəlməsindən getmir. İkimiz də beynəlxalq yarışlarda Azərbaycanı təmsil edirik. Amma istəyərəm ki, o da öz gücünü ortaya qoysun, mən də və Azərbaycanda bu çəkidə kimin güclü olduğu bilinsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru