"Formula1"-in üçqat çempionu Niki Lauda vəfat edib - FOTO

21-05-2019, 06:37           
"Formula1"-in üçqat çempionu Niki Lauda vəfat edib - FOTO
"Formula1"-in keçmiş çempionu Niki Lauda vəfat edib.

"Report" xəbər verir ki, bu barədə avstriyalı idmançının ailə üzvlərinə istinadən "France Presse" məlumat yayıb.

Bildirilir ki, o, mayın 20-də 71 yaşında dünyasını dəyişib. Üçqat dünya çempionu olmuş Lauda 1976-cı ildə ağır qəzaya düşərək çoxsaylı yanıq xəsarətləri almasına baxmayaraq, cəmi 6 həftə sonra yenidən idmana qayıdıb. O, yanıq xəsarətinin yerlərini qırmızı şapkası ilə örtüb.

Niki Lauda karyerasını bitirdikdən sonra idman meneceri, avtomobil yarışı üzrə ekspert, RTL telekanalının Almaniya üzrə icmalçısı, "Formula 1" üzrə "Mercedes AMG"-nin Müşahidə Şurasının sədri olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru