Atasının komandasına qol vurduğuna görə ağladı

23-05-2019, 07:40           
Atasının komandasına qol vurduğuna görə ağladı
Futbol üzrə Venesuela çempionatında çox maraqlı hadisə baş verib. Rəqib komandanın qapısına qol vuran futbolçu ağlayıb.

Teref.az bizimyol.info-ya istinadən xəbər verir ki, “Deportivo Taçira”da oynayan Cankarlo Maldonado qoldan sonra göz yaşlarını saxlaya bilməyib. İş orasındadır ki, hücumçu topu atasının baş məşqçi olduğu komandanın qapısından keçirib. Hesabda irəli olan “Puerto Kabelyo” əsas vaxta əlavə edilmiş dəqiqələrdə qapını qoruya bilməyib. Maldonadonun zərbəsindən sonra hesab bərabərləşib (2:2). Beləcə, hücumçunun atasının komandası son saniyələrdə vacib iki xal itirib.

Xal itkisi “Puerto Kabelyo”ya turnir cədvəlinin ortalarını tərk etməyə imkan verməyib. Bu komanda 19 turdan sonra 11-ci, “Deportivo Taçira” isə 9-cu yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru