İstəyirəm “Arsenal” udsun, orda türk əsilli Mesut Özil var - Rasim Balayev

29-05-2019, 18:52           
İstəyirəm “Arsenal” udsun, orda türk əsilli Mesut Özil var - Rasim Balayev
“Bu gün bütün dünyanın gözü Azərbaycanda olacaq”.
Bunu AzNews.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Rasim Balayev Bakıda keçiriləcək “Arsenal”- “Çelsi” qarşılaşmasından danışarkən deyib.
O, qeyd edib ki, bu oyundan sonra Azərbaycanı bütün dünya tanıyacaq:
“Bu oyun Azərbaycan üçün xeyirli işlər vəd edir. Bu da iqtisadi baxımdan bizim üçün sərfəlidir. “Arsenal”-“Çelsi” oyununu canlı izləyə bilməyəcəm. Ayaq altında qalıb əzilərəm. Odur ki, oyunu evdən izləyəcəm”.
Rasim Balayev final oyununda “Arsenal” futbol komandasının qalib gəlməsini istəyir: “İstəyirəm “Arsenal” udsun, orda türk əsilli Mesut Özil var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru