Avropa Liqasının rəmzi yığmasının tərkibi açıqlanıb

29-05-2019, 19:57           
Avropa Liqasının rəmzi yığmasının tərkibi açıqlanıb
"InStat" şirkəti UEFA Avropa Liqasının rəmzi yığmasının tərkibini açıqlayıb.

"Report"un məlumatına görə, 11 futbolçudan 3-ü İngiltərənin "Arsenal", hərəyə 2-si "Çelsi", İspaniyanın "Valensiya" və Almaniyanın "Ayntraxt", hərəyə 1-i İtaliyanın "Atalanta" və Rusiyanın "Zenit" klublarındandır.

Komandanın tərkibi: Kevin Trapp ("Ayntraxt", Almaniya), Şkodran Mustafi ("Arsenal", İngiltərə), Muktar Dyakabi ("Valensiya", İspaniya), Rafael Toloy ("Atalanta", İtaliya), Martin Hinteregger ("Ayntraxt"), Enzli Meytlend-Naylz ("Arsenal"), Daniel Parexo ("Valensiya"), Ruben Loftus-Çik ("Çelsi", İngiltərə), Pyer-Emerik Obameyanq ("Arsenal"), Artyom Dzyuba ("Zenit", Rusiya), Eden Azar ("Çelsi")

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək final oyunu saat 23:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru