“Çelsi” Bakıda “Arsenal”ı darmadağın etdi VİDEO

30-05-2019, 01:03           
“Çelsi” Bakıda “Arsenal”ı darmadağın etdi VİDEO
Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada İngiltərənin “Arsenal” və “Çelsi” komandaları üz-üzə gəlib. Matçı Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edib. Bakıdakı finalda ilk dəfə olaraq Avropa Liqasında Video-Köməkçi Hakim (VAR) sistemindən istifadə olunub.

Bu görüş London təmsilçilərinin 198-ci dueli idi. Bunların 76-da “Arsenal”, 63-də “Çelsi” qələbə qazanıb, 58 qarşılaşmada isə qalib müəyyənləşməyib.

Hakimlər: Canluka Roki, Filippo Melli, Lorentso Manqanelli, Daniele Orsato (hamısı İtaliya)

***

İlk hessə qolsuz başa çatıb. Matçın 49-cu dəqiqəsində “Çelsi” fərqlənib. “Arsenal”ın qapısından qolu Oliviye Jiru keçirib. Görüşün 60-cı dəqiqəsində “Çelsi” rəqibini ikinci dəfə mərkəzə dəvət edib. “Arsenal”ı ikinci dəfə Pedro Rodriqes cəzalandırıb. “Çelsi” ardıcıl olaraq 3-cü dəfə fərqlənib. Eden Azar “Arsenal”ın qapsından növbəti qolu keçirib. O, penaltidən fərqlənib. Daha sonra “Arsenal” “Çelsi” ilə görüşdə fərqi azaldıb. “Topçular”ın heyətində Aleks İvobi baxımlı qola imza atıb – 1:3. Amma “Çelsi” yenidən fərqi 3 topa çatdırıb. “Arsenal”ı Eden Azar mərkəzə dəvət edib. O, özünün ikinci, komandasının 4-cü qolunu vurub – 4:1.

“Arsenal” və “Çelsi” qarşılaşmasını buradan izləyə bilərsiniz:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru