“Qarabağ”ın oyununda erməni təxribatı - Foto

7-08-2019, 10:52           
“Qarabağ”ın oyununda erməni təxribatı - Foto
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçirilən APOEL – “Qarabağ” matçında erməni təxribatına yol verilib.
“Yeni Sabah” xəbər verir ki, tribunada Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı Kipr bayrağı ilə yan-yana asılıb.

Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Belə ki, əvvəllər "Neftçi"nin APOEL və "Qəbələ"nin "Apollon"la matçlarında da Azərbaycan bayrağı Kipr yunanları və ermənilər tərəfindən yandırılıb, qondarma Dağlıq Qarabağ bayrağı asılıb.

Qeyd edək ki, APOEL – “Qarabağ” matçı təmsilçimizin 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Naibə Məmmədova













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru