“Qarabağ” – APOEL oyununun hakimləri açıqlanıb

10-08-2019, 06:08           
“Qarabağ” – APOEL oyununun hakimləri açıqlanıb
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarının hakimləri açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın Kipr APOEL-i ilə Bakıdakı matçının ədalət təmsilçiləri bəlli olub.

Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı almaniyalı referilər idarə edəcək.

Daniel Sibert baş hakim, Yan Seydel və Lasse Kozlovski yan xətt hakimləri, Martin Petersen dördüncü hakim olacaq. Yorn Vest Larsen (Danimarka) görüşün hakim-inspektoru, Velid İmamoviç (Bosniya və Herseqovina) UEFA nümayəndəsi təyin edilib.

Qeyd edək ki, avqustun 6-dakı ilk matçda “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru