"Beşiktaş" Ermənistan millisinin futbolçusu ilə müqaviləni ləğv edib

21-08-2019, 12:53           
"Beşiktaş" Ermənistan millisinin futbolçusu ilə müqaviləni ləğv edib
Türkiyənin "Beşiktaş" klubu Ermənistan millisinin futbolçusu Aras Özbilizlə yollarını ayırıb.

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. İstanbul təmsilçisi oyunçuya hissə-hissə olmaqla 2,25 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Beşiktaş" Özbilizi 2016-cı ildə Rusiya "Spartak"ından 1,3 milyon avroya transfer edib. Klub futbolçunu 3 il ərzində İspaniya "Rayo Valekano"suna, Moldova "Şerif"inə və Hollandiyanın "Villem II" kollektivinə icarəyə verib. Özbiliz "ağ-qaralar"ın heyətində 6 matçda meydana çıxa bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru