AVRO-2020: Polşa və Rusiya final mərhələsinə vəsiqəni təmin edib

14-10-2019, 01:04           
AVRO-2020: Polşa və Rusiya final mərhələsinə vəsiqəni təmin edib
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçlar keçirilib.

“Report”un məlumatına görə, 4 qrupda 9 qarşılaşma təşkil olunub. C, E və G qruplarında iki, İ qrupunda isə üç oyun baş tutub.

E qrupunda yer alan Azərbaycan millisi səfərdə Macarıstana uduzub – 0:1. Qrup lideri Xorvatiya isə Uelslə heç-heçə edib – 1:1.

C qrupunun favoritlərindən Hollandiya səfərdə Belarusu, Almaniya isə Estoniyanı məğlubiyyətə uğradıb.

İ qrupunda final mərhələsinə vəsiqəni öncədən təmin edən Belçika növbəti qələbəsini qazanıb.

Səfərdə Kipri üstələyən Rusiya (5:0) da AVRO-2020-nin əsas mərhələsinə vəsiqəni təmin edib. G qrupunda isə Polşa Şimali Makedoniyanı məğlub edərək buna nail olub.

AVRO-2020

Seçmə mərhələ, VIII tur

13 oktyabr

C qrupu

20:00. Belarus – Hollandiya – 1:2

Qollar: Stanislav Draqun, 54 – Jorjinyo Veynaldum, 32; 41

22:45. Estoniya – Almaniya – 0:3

Qol: İlkay Gündoğan, 52, 57. Timo Verner, 71

Xal durumu: Hollandiya – 15 xal (6 oyuna), Almaniya – 15 (6), Şimali İrlandiya – 12 (6), Belarus – 4 (7), Estoniya – 1 (7).

E qrupu

20:00. Macarıstan – Azərbaycan – 1:0

Qol: Mihay Korhut, 10

22:45. Uels – Xorvatiya – 1:1

Qol: Qaret Beyl, 45 – Nikola Vlasiç, 9

Xal durumu: Xorvatiya – 14 xal (7 oyuna), Macarıstan – 12 (7), Slovakiya – 10 (6), Uels – 8 (6), Azərbaycan – 1 (6).

G qrupu

22:45. Polşa – Şimali Makedoniya – 2:0

Qol: Przemyslav Frankovski, 74/ Arkadiusz Milik? 80

22:45. Sloveniya – Avstriya – 0:1

Qol: Stefan Poş, 21

Xal durumu: Polşa – 19 xal (8 oyuna), Avstriya – 16 (8), Şimali Makedoniya – 11 (8), Sloveniya – 11 (8), İsrail – 8 (7), Latviya – 0 (7).

İ qrupu

17:00. Qazaxıstan – Belçika – 0:2

Qollar: Mişi Batşuayi, 21. Tomas Mönyö, 53

20:00. Kipr – Rusiya – 0:5

Qollar: Denis Çerışev, 9. 90 Maqomed Ozdoyev, 23. Artem Dzyuba, 79. Aleksandr Qolovin, 89.

Qırmızı vərəqə: Kostas Layfis, 28 (Kipr)

20:00. Şotlandiya – San Marino – 6:0

Qollar: Con MakGinn, 12; 27; 45+1. Lourens Şenklend, 65. Stüart Findley, 67. Stuart Armstronq, 86

Xal durumu: Belçika – 24 xal (8 oyuna), Rusiya – 21 (8), Kipr – 10 (8), Şotlandiya – 9 (8), Qazaxıstan – 7 (8), San Marino – 0 (8).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru