İngiltərə Premyer Liqası: "Liverpul"dan daha bir qələbə

24-01-2020, 09:20           
İngiltərə Premyer Liqası: "Liverpul"dan daha bir qələbə
Bu gün İngiltərə Premyer Liqasının 24-cü turunun son oyunu keçirilib.

Trend-in məlumatına görə, turnir cədvəlinə liderlik edən "Liverpul" "Vulverhempton"un qonağı olub. Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Liverpul"un heyətində qolları C.Henderson (8-ci dəqiqə) və R.Firmino (84-cü dəqiqə), ev sahibi komandasının heyətində isə R.Ximenes (51-ci dəqiqə) vurublar.

Qeyd edək ki, "Liverpul" 24 turun nəticələrinə əsasən 67 xalla turnir cədvəlinə liderlik edir. Onun ən yaxın izləyicisi olan "Mançester Siti"nin 51 xalı var.

Xatırladaq ki, "Liverpul"un 18-ci turdakı oyunu Klublararası Dünya Çempionatının finalında iştirakı səbəbi ilə təxirə getmişdi. Beləliklə, "Liverpul"un ehtiyyatda bir oyunu qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru